Alimlər xoruldamanı sağlamlığa təhlükə hesab edir: Ürək ritmi pisləşir və insult ehtimalı artır...

Baxış sayı:
7318

Muxalifet.az Ren.TV-yə istinadən xəbər verir ki, amerikalı alimlər xoruldamağın insan sağlamlığı üçün təhlükəli olduğunu və beynin degenerativ xəstəliklərinə, insult və depressiyaya səbəb ola biləcəyini müəyyənləşdiriblər. Xoruldama, adam yuxuda ikən boğaz divarlarının rahatlaması zamanı baş verir. Hava keçidləri daralır. Boğaz boşluğunun titrəmələri həm ətrafdakılara, həm də xoruldayanın özünə mane olan xoşagəlməz səs çıxarır. Bu problemi olan insanlar tez-tez səhərlər özlərini yorğun hiss edirlər. Mütəxəssislər xoruldamanı kəllə sümüklərinin daha tez nazilməsi fəsadlarına gətirib çıxaracağını qeyd edirlər ki, bu da beyin mayesinin və ya serebrospinal mayenin bitməsinə səbəb ola bilər. Nəticədə demansa bənzər simptomlar yaranır. Nəticədə insanın ürək ritmi pisləşir, ürək-damar sistemi xəstəlikləri və insult ehtimalı artır. Oksigenin çatışmazlığı tez-tez baş ağrılarına və depresiyaya səbəb olur.