​Alimlər: Soğan xərçəngin qarşısını alır

Baxış sayı:
1558

Mütəxəssislər iddia edirlər ki, soğan, pomidor, giləmeyvə, göbələk və cəfəridən daima istifadə olunduğu halda xərçəng riski azalır.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə The Telegraph nəşri yazır.
Məlumdur ki, qərb həyat tərzinə xarakterik olan qida bağırsaq, süd, prostat vəzisi və ağ ciyər xərçənginə səbəb olur. Əsas faktorlardan biri də artıq çəkidir. 
Sübut edilib ki, meyvə və tərəvəzdən istifadə bədxassəli şişlərin yaranma ehtimalını 80 faiz azaldır.
Diyetoloq Toral Şahın sözlərinə görə, soğan və sarımsaqda olan alliçin insan orqanizmində toksik onkogen maddələrlə birləşir və onların orqanizmdən çıxarılmasına kömək edir. Pomidorlarda likopin maddəsi prostat vəzisi xərçənginin qarşısını alır. Giləmeyvələrdə hüceyrələrin nəzarətsiz bölünməsinə səbəb olan zülalların fəallığının qarşısını alan birləşmələr var. Göbələklər immun sisteminin fəaliyyətini stimullaşdırır, cəfəri isə şiş toxumalarında qan damarlarının formalaşmasının qarşısını alır.