Alimlər siçovullara maşın sürmək öyrədiblər - VİDEO

Baxış sayı:
683

Riçmond universitetinin alimləri siçovullara maşın sürməyi öyrədiblər. Alimlərin dərc etdiyi videoçarxda siçovullar plastik şüşədən və oyuncaq avtomobillərdən hazırlanmış maşınları idarə edirlər. Gəmiricilər maşını düz istiqamətdə sürməkə yanaşı, manevrlər həyata keçirmək bacarıqlarını da nümayiş etdiriblər.

Autograph.az bildirir ki, maşının idarə edilməsi üç dəstəyin köməkliyi ilə həyata keçirilir: dəstəklərdən biri maçını düz, ikincisi sola, üçüncüsüyü isə sağa doğru istiqamətləndirir.  Üzərində təcrübə aparılan siçovulları iki qrupa bölüblər və onları müxtəlif formada "tərbiyə" ediblər: adi şəraitdə və məşqlərlə. Əvvəlcə siçovullar maşını hərəkətə gətirməyi öyrəniblər, sonra isə şirniyyatla dolu olan yem qabları olan son nöqtəyə doğru sürməyi.

Təəccüblü deyil ki, ikinci qrupdakı gəmiricilər sürücülük testini yaxşı keçiblər. Mütəxəssislər maşın sürməyin siçovullara göstərdiyi təsiri də araşdırıblar. Məlum olub ki, maşını idarə etmək onları "rahatlaşdırır".