​Alimlər "ölməyən" ulduz kəşf etdilər

ABŞ-ın Kaliforniya ştatındakı "Las Cumbres" rəsədxanasında fəaliyyət göstərən bir qrup tədqiqatçı 50 ildən bəri bir neçə dəfə partlayan, amma məhv olmayan bir ulduz kəşf ediblər.
Muxalifet.az xəbər verir ki, ilk dəfə 2014-cü ildə kəşf edilən və "iPTF13hls" adlı partlayışdan sonra sönməyə başlayan ulduz bir neçə aydan sonra yenidən canlanıb.
Bundan sonra ulduzla bağlı tarixi qeydləri incələyən alimlər supernovanın olduğu yerdə 1954-cü ildə başqa bir supernova partlayışı olduğunu, ulduzun bu partlayışdan sonra da məhv olmadığını üzə çıxarıblar.
Araşdırmalar davam edib və məlum olub ki, partlayış fərqli olub. Qrupun rəhbəri Leyr Arkavi deyib: "Bu supernova nəhəng ulduz partlayışları ilə bağlı bütün bildiklərimizi puça çıxarır".
Tədqiqatçıların versiyasına görə kainat yarananda ulduzlar o qədər böyük və isti olublar ki, bəzilərinin özəyində "anti-maddə" yaranıb. Bu vəziyyət ulduzları qeyri-taraz vəziyyətə gətirərək müntəzəm partlayışlara səbəb olmaqla yanaşı ulduzun qara dəlik tərəfindən udulub yox olmadan əvvəl enerjisini yeniləyərək yaşamasına kömək edir.