​Alimlər: "okean sularının çoxu “kosmosdan gəlib”"

Baxış sayı:
5209

Su Yer səthinin təxminən dörddə üçünü təşkil edir, amma alimlər hələ də dəqiq bilmirlər ki, o hardan peyda olub və niyə bu qədər çoxdur.
Versiyalardan birinə görə, Yer yeni formalaşmağa başlayan ərəfədə suyu minerallar ifraz edib. Digər versiyaya görə isə onun bir hissəsini planetimizə kometa və astereoidlər gətirib.
rizona Universitetinin kimyaçıları, deyəsən, ikinci nəzəriyyəni təsdiq edən faktlar aşkar ediblər.
Onlar indiyə qədər "quru" hesab olunan İtokava asteroidindən götürülmüş nümunədə çoxlu su tapıblar.
Onların hesablamalarına görə, planetimizin mövcud olduğu bir neçə milyard il ərzində İtokava tipli astereoidlər Yerə dünya okeanının yarısı qədər su gətiriblər.
Daha dəqiq desək, 700 milyard maqaton, çünki Yerdəki suyun ümumi kütləsi 1,4 sekstilliondur (bu ölçü vahidində 1-dən sonra 21 sıfır var).
"Biz "kosmosun mavi nöqtəsində" - yaşamı mümkün edən su və canlı birləşmələrlə zəngin bir planetdə yaşayırıq. İkinçi belə planetin olub-olmadığını bilmirik.
Mənim əsas məqsədim bunun necə baş verdiyinə cavab tapmaqdır" - araşdırmanın müəlliflərindən biri, Arizona Universitetinin professoru Metraye Boz belə deyir.
İtakova - tərkibinin öyrənildiyi ilk və hələ ki, tək asteroiddir. Amma Yerdəki okeanların yaranmasında asteroidlər, kometalar və digər kosmos "sakinlərinin" yaxından iştirak etdiyini demək üçün bu da kifayət edir.
Araşdırmanın digər müəllifi Tzin Tzilyan: "Biz aşkar etdik ki, analiz edilmiş nümunələrdəki suyun miqdarı Günəş sisteminin digər göy cisimlərindəkində olandan çoxdur".
2005-ci ildə Yaponiyanın "Xayabusa" zondu Günəş sisteminin yaranmasıyla ortaya çıxdığı güman edilən İtokavanın orbitində olub.
Sonra aparat asteroidin səthinə enib və ordan qrunt nümunələri götürüb, 2010-cu ildə isə onları Yerə çatdırıb.
İtokava əsasən silikonla zəngin minerallardan ibarətdir və Günəş sistemində ən yayğın asteroid növünə aiddir. Alimlər hesab edirlər ki, o digər göy cismiylə toqquşma nəticəsində parçalanmış daha böyük kütlənin bir hissəsidir.
Hazırda kosmosda Yaponiyanın "Xayabusa-2" zondu işləyir. Ötən ilin sentyabrında, başlamasından 3,5 il sonra o, hədəfinə - fırfıra formalı Ryuqu asteroidinə çatıb, onun səthinə partlayıcıyla təmin olunmuş mis ox atıb və təhlükəsiz məsafəyə uzaqlaşaraq onu partladıb.
Sonrakı mərhələ partlama nəticəsində əldə edilmiş qrunt nümunələrini Yerə çatdırmaqdır.(https://www.bbc.com/azeri/other-news-48151847)