​Alimlər işıq saçan bitki yaratdılar

Baxış sayı:
3508

ABŞ-ın Massaçusetts ştatındakı Texnologiya Universitetinin bir qrup alimi işıq saçan bitki yaradıblar.
Muxalifet.az xəbər verir ki, alimlər bitkinin yarpaqlarına nano hissələr yerləşdirərək işıq saçmasına nail olublar.
Alimlərin fikrinə görə, bu kəşf ənənəvi işıq mənbələrini əvəz edə biləcək.
"Nano Letters" adlı jurnalın məlumatına əsasən, tədqiqat nəticəsində alimlər bitkinin işıq saçmasını təmin etmək üçün işıldaquşların parıldamasına səbəb olan maddədən istifadə ediblər. Bu maddədən hazırlanan nano hissəciklər bitkinin yarpağına yerləşdirilib. Bitki 4 saat müddətində işıq saçıb.