Aliment ödəyə bilməyəcəyini dedi və... - MƏHKƏMƏNİN QARŞISINDA ŞOK OLAY
29-05-2019 13:38
Baxış sayı:
6289
Bakıda məhkəmə binasının qarşısında insident baş verib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən Xətai rayon Məhkəməsinin önündə 1986-cı il təvəllüdlü Vəliyev Rozan Süleyman oğlu şüşə qırıntısı ilə damarını doğrayıb. Ona tibbi yardım göstərilib. Bildirilir ki, R.Vəliyev həyat yoldaşından bir müddət əvvəl boşanıb və məhkəmə aliment təyin edib. O, alimenti ödəyə bilmədiyini deyərək özünə qəsd edib. Faktla bağlı araşdırma aparılır.