​Alimdən QORXUNC RƏY: Yer daha sürətlə fırlanacaq və...

Son dövrlər Ayda müşahidə olunan xırdalı-irili partlayışlar elm adamlarını həyəcanlandırıb.
Muxalifət.az 
bildirir ki, tədqiqatçılar qrupu bu nəticəyə gəliblər ki, Ayın mümkün partlayışı bəşəriyyətin məhv olmasına gətirib çıxaracaq.
Belə ki, peyk Yer kürəsinin fırlanmasını yavaşladır. Əgər o yox olacaqsa, onda bizim planetimiz daha sürətli fırlanmağa başlayacaq ki, bu da atmosferin itməsinə gətirib çıxaracaq. Alimlər rəylərini “ToDay News” nəşrində dərc ediblər.
Bundan başqa, qeyd edilir ki, Ay Yerin oxunun meylini sabitləşdirir, bununla əlaqədar olaraq illərin dəyişməsi normal gedir. Peykin yox olması halında isə planet, ekspertlərin rəyinə görə, böyrü üstə çevriləcək.
Bu baxımdan, ekvatorda iqlim daha sərt olacaq, qütblərdə istiləşmə müşahidə olunacaq, dünya okeanı yerini dəyişəcək və Yer kürəsini suya qərq edəcək.
Bütün bunlarla yanaşı alimlərin fikrincə, hələ ki Ayın tam sıradan çıxması gözlənilmir./publika/