​Ali Radadan ÇAĞIRIŞ: Şimal axını-2 ləğv edilsin

Baxış sayı:
4747

Ukrayna Ali Radası digər dövlətlərin parlament və hökumətlərini "Şimal axını-2" qaz kəmərinin tikintisinin tamamilə qadağan edilməsi üçün tədbirlər görməyə çağırıb.
 Ali Radanın sözügedən bəyanatını 266 millət vəkili dəstəkləyib.
Ukrayna parlamentində hesab edirlər ki, boru kəmərinin tikintisi ilə Avropanın qaz bazarında Rusiyanın mütləq monopoliyası yaranacaq. Parlament üzvləri həmçinin hökuməti qaz kəmərinin inşasının qarşısının alınması üçün təcili olaraq Avropa Komissiyasına müraciət etməyə çağırıb. /axar/