Ali Rada Saakaşvilinin tələbini yerinə yetirdi

Ukrayna Ali Radası Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının 3 tələbindən birini yerinə yetirib.
 
Ali Radanın bu gün keçirilən iclasında Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən hazırlanan deputatların toxunulmazlığının ləğvi layihəsi səsverməyə çıxarılıb.
336 deputat layihənin lehinə səs verib.
Bundan sonra Ali Rada qanun layihəsini Konstitusiya məhkəməsinə göndərib. Radanın növbəti iclasına qədər məhkəmə layihəyə münasibət bildirəcək. Qanun qəbul edilsə, 2020-ci ilin yavarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, etirazçılar seçki qanununa dəyişiklik edilməsi və anti-korrupsiya məhkəməsinin yaradılmasını da tələb edirlər./teleqraf.com