​Ali Rada erməni naziri postunda saxladı

Ukrayna Ali Radası daxili işlər naziri Arsen Avakovun vəsifəsindən çıxarılması haqqında qətnamə layihəsini rədd edib.
Muxalifət.az UNİAN agentliyinə istinadən xəbər verir ki, qətnamə layihəsinə iclasda iştirak edən 297 deputatdan yalnız 31-i səs verib.
Qeyd edək ki, Arsen Avakovun oğlu Aleksandr oktyabrın 31-də Milli korrupsiyaya qarşı Büronun nümayəndələri tərəfindən həyata keçirilmiş axtarışdan sonra saxlanılıb. Aleksandr Milli Qvardiya üçün verilən sifarişlər zamanı korrupsiyaya və fırıldaqçılığa yol verməkdə ittiham olunur.
Bundan sonra deputatların bir hissəsi Arsen Avakovun vəzifəsindən kənarlaşdırılması tələbi ilə çıxış ediblər.
Milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir - red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.