​Ali məktəblərdə 5785 plan yeri boş qalıb, 2369-u pulsuzdur - SEÇİM BAŞLAYIR

Baxış sayı:
13687

Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Muxalifet.az bildirir ki, təhsil eksperti Kamran Əsədovun modern.az-a verdiyi məlumata görə, bu il ali məktəblərə ayrılan 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi. 
“Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Yəni 20189 dövlət sifarişli plan yerlərinin 17820-sinə qəbul həyata keçirilib və II tur üçün 2369 pulsuz, dövlət sifarişli plan yerləri boş qalıb”. 
Beləliklə boş qalan plan 5785 yerinin 2369-u pulsuzdur. 
15-19 avqustda boş qalan plan yerlərinə əlavə seçim olacaq.