​Ali Məhkəmədə Xədicə İsmayılın şikayətinə baxılacaq

Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsdən verdiyi kasassiya şikayətinə Ali Məhkəmədə nə vaxt baxılacağı məlum olub. Vəkil Fəxrəddin Mehdiyevin azadliq.info-ya verdiyi məlumata görə, proses mayın 25-i saat 14.30-a təyin edilib.
İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.