​Ali Məhkəmə Qiyasa GÜZƏŞT ETMƏDİ

Baxış sayı:
4476

Bu gün Ali Məhkəmədə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Nida” vətəndaş hərəkatının üzvü Qiyas İbrahimlinin kassasiya şikayətinə baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İnqilab icraatında olan prosesdə hökmün qüvvədə saxlanılmasına qərar verilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimli 10 il müddətinə azadlıqdan məhrum edilib. Q.İbrahimli ittihamı qəbul etmədiyini və özünü təqsirsiz saydığını deyib.