​Ali Məclis təsdiqlədi, daha bir müxalif partiya seçkiyə qatılır – FOTOLAR

Baxış sayı:
8023

Bu gün Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin növbəti sessiyası keçirilib.

Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda partiya İdarə Heyətinin Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərarı təsdiq edilib. Partiyanın deputatlığa namizədlər siyahısının məclis üzvləri tərəfindən təklif olunmuş əlavə və dəyişikliklərlə bağlı son versiyası ilə əlaqədar müvafiq qərar qəbul edilib.
İclasda partiya sədri S.Cəlaloğlu ölkədəki ictimai siyasi vəziyyətlə bağlı geniş çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Daha sonra Ali Məclisdə seçkilərlə bağlı meydana çıxa biləcək digər məsələlərin operativ həll edilməsi üçün Məclisin Rəyasət Heyətinə müvafiq səlahiyyət verilməsi ilə bağlı qərar qəbul edilib.




Muxalifet.az