​Aleksandr Ceferin növbəti prezident seçkilərində yeganə namizəd olacaq

Baxış sayı:
178

UEFA-nın hazırkı rəhbəri Aleksandr Ceferin qurumda keçiriləcək növbəti prezident seçkilərində yeganə namizəd olacaq. 
"Report" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də ərizə qəbulu başa çatıb. UEFA-nın növbəti prezident seçkiləri 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romadakı Konqresdə keçiriləcək. 
Qeyd edək ki, Aleksandr Ceferin 2016-cı ildə UEFA-nın prezidenti seçilib. O, quruma üzv olan milli assosiasiyalardan 42-nin səsini alıb.