Aldığınız yağa DİQQƏT: Bu halla rastlaşsanız qaynar xəttə ZƏNG EDİN - VİDEO

Baxış sayı:
2341

Mağazadan alınan yağ evdə əridilərkən fərqli mənzərə ortaya çıxıb.
Muxalifet.az xəzər xəbər-ə istinadən məlumatına görə, Bakı sakini Azər Qaçayev iddia edir ki, dünən mağazadan aldığı kərə yağı evdə əridilərkən qatılaşıb və rəngini dəyişib.
O, mütəmadi olaraq həmin yağdan alırmış. Ancaq indiyə qədər belə bir mənzərə ilə qarşılaşmayıb.
Qida üzrə ekspertlər deyirlər ki, bəzi hallarda yağların həcmini artırmaq və rəngini dəyişmək üçün tərkibinə müəyyən inqridentlər əlavə edilir. Belə yağlar insanlarda başlıca olaraq ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola, orqanizimdə bir çox fəsadlar yarada bilər.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirdilər ki, vətəndaşlar belə hallarla qarşılaşanda mütləq agentliyin 1003 qaynar xəttinə məlumat verməlidir.
Bundan sonra məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək.