​Albaniya futbolçularının qələbəsi komandaya diplomatik pasport qazandırıb

Albaniya hökuməti milli futbol komandasının Euro 2016 çərçivəsində Rumıniya üzərində 1-0 qələbəsinə görə futbolçuları diplomatik pasportlarla mükafatlandıracağını deyib.
Ölkə əvvəllər heç vaxt belə böyük turnirdə çıxış etməyib.
Lakin Albaniyanın Fransada keçirilən Avropa Çempionatında növbəti mərhələyə çıxdığı hələ məlum deyil.
Komanda əlavə olaraq 1 milyon avro gəlir və yeni diplomatik pasportlar əldə edəcək, hökumət bildirib.
Albaniya digər iki qarşılaşmada məğlub olaraq Euro 2016 qrupunda üçüncü olub.
Albaniya baş naziri Edi Rama milli komandanın qəlbəsinə Twitter-də “Goooooooooool....” yazaraq reaksiya verib.
Rumıniyaya qarşı oyunda Armando Sadiku ilk hissədə başla qələbə qolunu vurub.
Euro 2016-da çıxış edən Albaniya milli komandasının kapitanı azərbaycanlı azarkeşlərə də yad deyil.
Ansi Aqoli Qarabağ futbol klubunun yarımmüdafiəçisidir.
Diplomatik pasportların verilməsi alban oyunçular üçün rəmzi məna daşıyır.
Belə ki, bir çox albaniyalı futbolçu Avropanın digər ölkələrindəki klublarda çıxış edirlər və albanlar Avropa İttifaqı ölkələrinə vizasız gedə bilirlər.
Futbolçular yeni pasportları ilə diplomatik toxunulmazlıq hüququna malik olmasalar da, başqa ölkələrə daha rahat səfər edəcəklər. (bbc.com)