Aktyor insult zarafatından sonra öldü - Şok hadisə

Baxış sayı:
9364

60 yaşlı britaniyalı aktyor Yan Koqnito Bister şəhərində barlardan birində səhnə nümayişi zamanı vəfat edib.
Muxalifet.az xəbər verir ki, sənətçi insultla bağlı komik səhnə canlandırarkən həyatını itirib.
“Təsəvvür edin, mən insult keçirirəm və ayılan zamanı valli dilində danışıram”, - Koqnito çıxışında gülərək deyib.
Bir neçə dəqiqədən sonra o, özünü pis hiss edib və əyləşib. Seyrçilər isə bu olayı tamaşanın bir hissəsi hesab edib.
Hadisə yerinə təcili yardım çağırılsa artıq gec idi. Aktyor insult nəticəsində dünyasını dəyişmişdi.