​Aktrisa PKK ilə bağlı PROKURORLUĞA ÇAĞIRILDI

Türkiyənin tanınmış aktrisası Hazar Ergüclü prokurorluğa çağırılıb.  O, instaqramda PKK ilə bağlı paylaşımlar etməkdə günahlandırılıb.
İstanbul Çağlayan Adliyəsində ifadəsi alınan Ergüçlü özünü haqlı çıxarmağa çalışıb:
“Mənə sosial şəbəkədə xeyli sayda qısa videolar atırlar. Mən də maraqlı olanları paylaşıram. Sözügedən paylaşımı izləyicilərimdən biri mənə atdı. Açdım, amma diqqətlə baxmadım. Digər bir izləyicim isə məni xəbərdarlıq etdi. Bundan sonra paylaşdığımı sildim”.
Prokurorluq  araşdırmaya xitam verib, Hazarın lehinə qərar çıxarıb./“Qafqazinfo”/