Akşənərə növbəti zərbə: Əsas dayaqlar istefaya getdi

Baxış sayı:
2401

Türkiyənin İYİ Partiyasında yenidən istefalar gündəmə gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat partiyanın təsisçilərindən olan Yusif Halaçoğlu, Nevzat Bor və Özcan Yeniçərinin istefa verdiyini bildirib.
Qeyd edək ki, Halaçoğlunun son zamanlar İYİ Partiya rəhbərliyi ilə münasibətləri pisləşib. Onun partiya rəhbərliyi ilə münasibətlərinin pozulmasına səbəb deputatlığa namizəd kimi göstərilməməsi olub.