​AKŞƏNƏR: Gül üçün geri çəkilməyimi istəsələr...

Baxış sayı:
2470

Mənə Abdullah Gül üçün namizədliyini geri götür desələr, bunu etmərəm.
Muxalifət.az xəbər verir ki, bu sözləri İYİ Partiyası sədri Maral Akşənər deyib.
“Ortaq namizəd də olmaram. Hər kəs öz namizədi ilə çıxsın. Səadət və DP ilə millət vəkilliyi üçün ittifaq olacaq”, - Akşənər bildirib.
Qeyd edək ki, Türkiyədə keçmiş prezident Abdullah Gülün bir neçə siyasi partiyanın ortaq namizədi olaraq seçkilərdə iştirakı məsələsi gündəmdədir.