AKP-li hüquqşünasdan seçki formulu: “Aradakı fərq sadəcə 3 səsdir”

Baxış sayı:
13570

AK Partiyanın keçmiş İstanbul millət vəkili, hüquqşünas Burhan Kuzu İstanbulda davam edən səs sayılması prosesinə dair mühüm bir açıqlama verib. Kuzu, "İki namizəd arasındakı fərq 13 minə yaxındır. Bu o deməkdir ki, əgər İstanbul iki min əhalili bir yer olsaydı, aradakı fərq sadəcə 3 səs olacaqdı" deyib.
 
Konstitusiya professoru Burhan Kuzu İstanbuldakı yerli seçki üçün maraqlı bir tənlik qurub.
İstanbul seçkisində təxminən 8.5 milyon nəfərin səs verdiyini deyən AK Partiyalı Kuzu, "İki namizəd arasındakı fərq 13 minə yaxındır. Bu o deməkdir ki, əgər İstanbul iki min əhalili bir yer olsaydı, aradakı fərq sadəcə 3 səs olacaqdı. Bu sadə tənlik belə İBB seçkilərində nəyi müzakirə etdiyimizin miqyasını göstərməyə kifayətdir" deyib.
Twitter hesabından açıqlama verən Kuzu, "Seçkilərdə əlbəttə ki, bircə səs belə öndə olan o seçkini qazanmış deməkdir. Ancaq bu vəziyyət bütün etiraz yollarının edilməsindən sonra ortaya çıxır. Məhz İBB seçkilərində də həssas nöqtə buradır. Biz bütün etirazlar nəticələnsin deyərkən, birləri “protokolu verin” deyir"deyə bildirib.
Qeyd edək ki, AK Partiya 31 martda keçirilən yerli seçkilərlə bağlı olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisinin ləğv edilməsi və yenilənməsi üçün Ali Seçki Şurasına fövqəladə etiraz etməyə hazırlaşır.
Rəsmi olmayan nəticələrə görə, İstanbulda CHP-li Əkrəm İmamoğlu ilə AK Partiyalı rəqibi Binalı Yıldırım arasında səs fərqi 13963-dür.

Müxalifət.az