AKP 13.969 səsi geri aldı - Nə qədər fərq qaldı? - YENİLƏNDİ

Baxış sayı:
10198

AKP sədrinin müavini Əli İhsan Yavuz indiyə qədər AKP-nin lehinə 13 min 969 səs əlavə edildiyini və fərqin 18 minin altına düşdüyünü açıqlayıb.
Qüsurlar olan sandıqların 2 min civarında olduğunu, indyə qədər sayılanların isə bu rəqəmin 3-də 1-ni əhatələdiyini bildirən Yavuz rəqəmlərin dəyişə biləcəyini bildirib.
Jurnalistin sualına cavab olaraq Yavuz deyib ki, CHP-çi Ə.İmamoğlu fərqin 29 mindən aşağı olmadığını bildirdiyi halda indi fərqin (AKP-çi Yıldırımdan daha artıq topladığı səslərin – red.) 17 minin altına düşməyəcəyini deyirsə, demək, bir sıra qüsurlar olduğunu CHP də qəbul edir.