​Akif Çovdarovun yeni fotosu yayıldı

Hazırda məhkəməsi davam etdirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun yeni görüntüsü yayılıb.
Foto Sabunçu Rayon Məhkəməsinin inzibati binasında çəkilib.
17 aydır həbsdə olan Akif Çovdarovun fotosunda onun xarici görünüşündə dəyişikliyin olması gözə çarpır.
 Bu, Akif Çovdarovun məhkəməsi başlayandan sonra çəkilmiş ilk fotosudur.