​Akif Çovdarova HÖKM OXUNUR- YENİLƏNİR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə hökmün elanı başlanılıb.
Muxalifət.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə hökm elan edilir.
Hökm Sabunçu rayon məhkəməsinin inzibati binasında elan edilir. Məhkəmənin inzibati binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Məhkəmənin binasına girən şəxslər ciddi yoxlanılır.
Prosesə jurnalistlər buraxılmayıb.