​Akif Çovdarova bu gün cəza istəniləcək - "MTN İŞİ"

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi saat 14:00-dək təxirə salınıb.
Muxalifet.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses təqsirləndirilənlərdən birinin vəkilinin gəlməməsi səbəbindən təxirə salınıb.
Məhkəmə saat 14:00-də davam edəcək. Prokuror A.Çovdarov və digərlərinə cəza istəyəcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.