AK Partiyadan seçkidə böyük saxtakarlıq iddiası: “Bütün sənədlər əlimizdədir”

Baxış sayı:
7576

AK Partiyanın İstanbul təşkilatının sdəri Bayram Şenocak seçki nəticələri ilə bağlı açıqlama verib. Şenocak-ın açıqlamasından sətir başları: “Biz hər seçkidə öz məlumatlarımıza əsaslanaraq nəticə elan etdik. Bu günə qədər rəsmi nəticələrlə üst-üstə düşdüyünü gördük. 15 seçki təcrübəmiz ilk dəfə bizim sistemimizdə belə bir fərqlə üzləşirik. Vətəndaşımızın iradəsinin bir səs belə olsa, səsvermə nəticələrində tam əks olunmasını istəyirik. Bütün prosedurlar bitdikdən sonra hazırlanan bir protokolda Binalı Yıldırımın aldığı 131 səs Əkrəm İmamoğl-una yazılıb. Binalı Yıldırıma yazılmış yeganə 1 səs var. Başqa bir protokolda Binalı Yıldırıma verilən 201 səs Əkrəm İmamoğluna yazılıb. Və bütün bunlar seçkinin nəticə protokolunda yenə Əkrəm İmamoğluna yazılıb. Burada da Binalı Yıldırıma təkcə 1 səs yazılıb. Təşkilatlarımız dünən gecədən bəri heç yatmadan bütün göstəriciləri yenidən nəzərdən keçirirlər. Bunu cəsarətlə deyirəm, İstanbulda nəticəyə təsir edəcək şəkildə bir saxtakarlıq olub, buna əmin olun ki, əlimizdə artıqlaması ilə belə sənənlər mövcuddur. Biz başqaları kimi, hər seçki dövründə mızmızlananlardan olmadıq. Biz əlimizdəki məlumatlara ümid bəsləyirik. Saxtakarlığı isbat etməyə hazırıq. İstanbuldakı nəticə bizə görə AK Partiya və cənab Binalı Yıldırımın qələbəsini göstərir. Nəticə nə olursa olsun, hörmət göstərəcəyik. Bütün etiraz prosesləri başa çatdıqdan sonra, əlbəttə, əsas olan YSK-nın dəqiq nəticələridir". Müxalifət.az