AK Partiyadan Qaşıqçı cinayəti ilə bağlı açıqlama

Baxış sayı:
6064

AK Partiyanın İnsan Hüquqları üzrə sədr müavini Leyla Şahin Usta, Camal Qaşıqçı-nın ölümü ilə bağlı açıqlama verib verib.
 
Usta, açıqlamasında "Türk səlahiyyətlilər, prokurorluq və hüquq-mühafizə əməkdaşlarının apardığı araşdırmada bir sıra dəlilər əldə edilmişdi. Səudiyyə rəsmilərinin hadisə bu nöqtəyə gəlmədən əvvəl açıqlama versəydi daha qiymətli olardı. İş onsuz da açıldıqdan sonra məcbur qalıb bu açıqlama verdilər. Hadisə bütün dəlilləri ilə açıqlanacaq yaxında" deyə söyləyib.
Sədr müavini Usta, açıqlama verərkən bu məqamlara toxunub:
“Burada sıradan Səudiyyə rəsmilərinin bu işi təkbaşına etdikləri çox inandırıcı gəlmir. Bununla bağlı açıqlama veriləcəkdir, amma kədərli bir hadisədir. Kaş olmasaydı, dəyərli bir jurnalistin. dünyadakı məzlumlar üçün daha çox töhfə verəcək insanın bu şəkildə qətlə yetirilməsi çox kədərlidir.
Evlilik üçün sənəd almağa gəlmiş insana əvvəlcədən bir sui-qəsd hazırlandığı kimi görünür.
Hadisənin Səudiyyə Ərəbistanı Konsulluğunun içində olduğunu və bizim müdaxil olmayacağımızı hamı bilir. İstanbulda olması təbii ki, kədərli bir hadisədir. Amma dediyim kimi, buradan Türkiyə üzərinə də bu məsələ ilə bağlı yanlış bir görüntü yaratmağa çalışanlara fürsət verməyəcəyik. Bu İngiltərədə də, Fransada da, Amerikada da ola bilərdi. Tam əksinə, Türkiyə ciddi bir iradə nümayiş etdirərək, konsulluğun içinə girərək bütün araşdırma və tədqiqatları aparıb, dəlilləri ortaya çıxarmışdır. Türkiyə ciddi və uğurlu əməliyyat həyata keçirib. Bunu heç kəsin unutmaması lazımdır.
Bir insan öldürülüb. Təbii ki, Səudiyyə Ərəbistanı özünü müdafiə edəcək açıqlamalar verəcəkdir. Ədliyyə Tibb hesabatı hər şeyi ortaya qoyacaqdır."
Müxalifət.az