AK Partiyadan açıqlama: “Ankaradakı seçki nəticələri doğru deyil”

Baxış sayı:
7222

AK Partiyanın baş katibi Fatih Şahin, 'Seçki məntəqələrimizdəki nümayəndələrimizdən gələn hesabatlar üzərində apardığımız araşdırma Ankarada seçki nəticələrinin ictimaiyyətə əks olunduğu şəkildə olmadığını göstərir' deyib.
 
Şahin, "Etdiyimiz etirazlar nəticəsində Ankara seçicilərinin iradəsi sağlam və dəqiq bir şəkildə nəticələrə əks olunacaqdır" deyə bildirib.
AK Partiyanın Ankara təşkilatının sədri Hakan Xan Özcan isə bunları qeyd edib:
"Ankara təşkilatına seçki məntəqələrindən təqdim olunan imzalı protokollar və hesabatlar üzərində detallı bir iş aparırıq. İlk əldə etdiyimiz nəticə ondan ibarətdir ki, Ankaranın seçki nəticələrinə təsir edəcək şəkildə bir çox qanunsuzluq, saxtakarlıqlar və yüksək nisbətdə etibarsız sayılan səslər mövcuddur".
Müxalifət.az