AK Partiyadan 10 maddəlik seçki analizi

Baxış sayı:
12520

AK Partiya kulislərində təkrar keçirilən İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkiləri ilə Türkiyədə demokratiyanın nə qədər inkişaf etdiyi ilə blı müzakirələr aparılır.
 
Seçki ilə əlaqədar AK Partiyanın 10 maddəlik şərhi müəyyən olunmuşdur:
 
1- Seçkinin yenilənməsi qərarı hüquqi bir qərardır. Milli iradənin tam olaraq təcəlli etmədiyi 31 mart seçkilərini AK Partiyanın etirazı nəticəsində YSK yeniləmişdir.
 
2- 23 iyun seçkilərində 31 martdakı hüquqi əskikliklər və saxtakarlıqlar aradan qaldırılmış, milli iradə seçkidə əks olunmuşdur.
 
3- Binalı İldırım seçkilərin nəticələri açıqlandıqdan dərhal sonra Əkrəm İmamoğlunu təbrik etməsi təqdirə layiqdir. Yetkin bir davranışdır.
 
4- Türkiyə 23 iyunda bir bələdiyyə seçkisi keçirmişdir. Hökümətin, dövlət başçısının qarşısında olan daxili və xarici olaraq bir çox mövzu var.
 
5- AK Partiyanın içərisində 23 iyundan sonra "siyasi parçalanma yaşanacağı" iddiaları həqiqətdən uzaqdır. AK Partiyanın daha əvvəl də yerli seçkilərdə bələdiyyə sədrliyini qazana bilmədiyi seçkilər olmuşdur.
 
6- Eyni şəkildə 23 iyunun yenə bir yerli seçki olması səbəbiylə "Cumhur İttifaqının dağılacağı" söz-söhbətləri də həqiqətdən uzaqdır.
 
7- Cumhur İttifaqı eyni güc və düşüncə ilə fəaliyyətinə davam edir.
 
8- Dövlət başçısının 31 mart seçkilərindən dərhal sonra etmiş olduğu açıqlamalar xatırlanmalıdır.
 
9- Seçkidən öncə Öcalan məktubunun seçkiyəyönəlik bir hadisə olmadığı və PKK-nın bölünməsini sürətləndirəcəyi önümüzdəki müddətdə açıqca görüləcək.
AK Partiya 23 iyun seçkilərinə yönəlik əlbəttə özünütənqidi də ehtiva edən iş görəcək. Bunun ən əhəmiyyətli 2 göstəricisi budur: Dövlət başçısının hər vaxt özünü inkişaf etdirən və yeniləyən siyasəti və AK Partiyanın bir kütlə partiyası olmasıdır.
 
10- 23 iyun seçkiləri ayrıca Türkiyədə demokratiyanın nə qədər inkişaf etdiyinin, dövlət başçısı Ərdoğanın xalqın iradəsinə nə qədər əhəmiyyət verdiyinin, hörmət etdiyinin ən önəmli göstəricisi olmuşdur. Beləliklə də "Seçkini təkrarladılarsa, qəti olaraq qalib gələcəklər" arqumenti çürümüşdür.
Müxalifət.az