AK Partiya və MHP-nin ittifaq edəcəyi yerlər bəlli oldu

Baxış sayı:
9187

Bələdiyyə seçkiləri yaxınlaşdıqca siyasi kulislər də hərəkətə gəlməyə başladı. Ümumi seçkilərdən böyük qalibiyyətlə çıxan “Cümhur ittifaqı”, bir müddət öncə lazımlı şərtlərin formalaşmadığı və bu səbəblə də yerli seçkilərdə yola ayrı-ayrı çıxacaqlarını açıqlamışdılar.
 
Ancaq CHP, HDP, İP və SP-nin sıx iş birliyi içində olması AK Partiya və MHP-ni rəhbərliyini narahat etdi. Aşağıdan gələn güclü ittifaq istəkləri istiqamətində prezident Ərdoğan və MHP-nin lideri Dövlət Bağçalı dünən bir araya gəldilər. Yeni ittifaqın müzakirə edildiyi görüşdən çıxan nəticə məlum oldu.
 
HAZIRDA 9 RAYON MÜƏYYƏN OLUNDU
 
MHP və AK Partiya mənbələrindən alınan məlumatlara görə, bütövlükdə hələlik 9 rayon müəyyən olunub. İstanbul, Ankara, İzmir, Antalya, Mersin, Osmaniyə, Manisa, Bursa, Ordu.
Bu bölgələrdə İki partiya da vahid namizədlə çıxış etmək qərarı verib. İstanbul, Ankara, İzmir, Antalya, Bursa və Orduda AK Partiya namizədi dəstəklənəcək. Geri qalan rayonlarda, Mersin, Manisa, Osmaniyə-də MHP-nin namizədləri dəstəklənəcək. MHP-nin eyni zamanda bəzi rayonlar üçün təşkilat yoxlaması keçirəcək və o şəhərdəki təşkilatın nəbzini ölçəcək.
Müxalifət.az