AK Partiya İstanbuldakı səslərin sayılmasında son rəqəmi açıqlayıb

Baxış sayı:
7618

 AK Partiyanın sədri müavini Əli İhsan Yavuz mətbuat konfransı keçirib. Yavuz İstanbulda bu gün etibarilə AK Partiya adına yazılan səs sayının 13 969-a çatdığını, AK Partiya ilə CHP arasında fərqin 18 minin altına düşdüyünü açıqlayıb.
 
Əli İhsan Yavuzun açıqlamalarından sətir başları:
 
4 RAYONDA SƏSLƏRİN HAMISI SAYILIR
 
 Hazırda İstanbulun 4 rayonunda Rayon Seçki Komissiyasının qərarları nəticəsində səslərin hamısı sayılır. Bunlar Çatalca, Silivri, Maltəpə və Çekmeköy.
İki rayonumuzda da yalnız bir seçki məntəqəsində səslərin hamısı sayılır. Yəni Qartalın 2-ci Rayon Seçki Komissiyasında və Ataşehir 2-ci Rayon Seçki Məntəqəsində səslərin hamısı sayılır.
 
33 RAYONDA TƏKCƏ ETİBARSIZ SƏSLƏR SAYILIR
 
 Qalan 33 rayonda sadəcə, etibarsız səslərin sayı var. Ancaq Rayon Seçki Komissiyasının qərarına əsasən, torbada maddi çatışmazlıqlar varsa, o halda da torbanın hamısının sayımı yoluna gedilir.
Müxalifət.az