Aİ-dən Türkiyə açıqlaması! 1.5 milyard avro verəcəyik

Baxış sayı:
274

 Aİ-nin Ali Nümayəndəsi Mogherini "Türkiyədəki Suriyalılar üçün ikinci 3 milyard avronun 1.5 milyardını köçürəcəyimizi təsdiq etmək istəyirəm” deyib.
 
Federica Mogherini Türkiyədəki Qaçqınlar üçün Maliyyə Yardımı Proqramı çərçivəsində Ankaraya 1.5 milyard avro göndərəcəklərini açıqlayıb.
Suriya Donorlar Konfransında açılış çıxışı edən Mogherini, Türkiyədəki qaçqınlara yardım məqsədilə Aİ-nin Türkiyədəki Qaçqınlar üçün Maliyyə Yardımı Proqramı çərçivəsində Ankaraya iki dilim olaraq 1.5 milyard avro verəcəklərini bildirib.
Müxalifət.az