​AĞSUNUN İCRA BAŞÇISI HAQDA ŞOK İDDİA: “Nəhayət, başçı dəyişikliyi Ağsuya da çatır...”

Və yaxud Lənkəran "kralı"nın imperiyası, milyonları və bir şəhidə yas vermək üçün tapa bilmədiyi qəpik-quruş...

Baxış sayı:
6722

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 22-28 oktayb 2018-ci ildə elektron mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Ağsunun başçısı da gedir”, “Ağsuda aparılan yoxlamalardan İcra başçısı təşviş içində - Ə.Seyidəliyev yola salınır…?”, “Nəhayət başçı dəyişikliyi Ağsuya da çatır - İDDİA” başlıqlı 3 məqalənin 5 elektron KİV-də yayılması ilə Ağsu rayon İcra Hakmiyyətinin başçısı Ənvər Seyidəliyev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Oğlu "Porşe"də, qardaşı balası son model "Audi"də, Qaraşovsa şəhidə yas vermir”, “Lənkəran "kralı"nın imperiyası, milyonları və bir şəhidə yas vermək üçün tapa bilmədiyi qəpik-quruş” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə Lənkəran şəhər İcra Hakmiyyətinin başçısı Taleh Qaraşov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Qaradağda “Süleyman səltənəti”ndən narazılıq hər gün böyüyür” başlıqlı 1 məqalənin 3 elektron KİV-də yayılması ilə Qaradağ rayon İcra Hakmiyyətinin başçısı Süleyman Mikayılov tutur.

Muxalifet.az