Ağsuda iki maşın toqquşub: ağır yaralananlar var

Yaralılardan ikisinin vəziyyəti ağırdır
 
Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Sanqalan kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.
Qəza zamanı "90-ZF-641" dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil "Niva” ilə toqquşub.
Nəticədə “Niva”nın sürücüsü, 1995-ci il təvvəllüdlü Aydın Asəf oğlu Hacıyev və onun atası, Ağsunun Kalva kənd sakini, 1968-ci il təvvəllüdlü Asəf Ağasən oğlu Hacıyev ağır xəsarət alıb. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəsətəxanalardan birinə çatdırılıblar.
“Mercedes”in sürücüsü, 1960-cı il təvvəllüdlü Rasim Ağəli oğlu Əsgərov Şamaxı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.