​Ağsuda 69 yaşlı kişini ilan sancdı

Baxış sayı:
5848

Ağsu rayonunda 69 yaşlı kişini ilan sancıb.
"Report"un məlumatına görə, hadisə rayonun Padarçol kəndində qeydə alınıb.
Belə ki, Padarqışlaq kənd sakini, 1950-ci il təvəllüdlü Şakir Hüseyn oğlu Abbasəliyevi otlaq sahəsində gəzərkən ilan sancıb. Zərərçəkmiş yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya zərdab vurulsa da, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.