Ağsuda 64 yaşlı şəxs koronavirusdan ölüb? - İDDİA

Baxış sayı:
888

Ağsu rayonunun əslən Musabəyli kəndindən olan sakini korona virusundan dünyasını dəyişib.
Bu barədə "Ağsudan Xəbər" səhifəsində məlumat yayılıb. Məlumatda bildirilir ki, "Səhiyyə Nazirliyi 1956-cı il təvəllüdlü, əslən Musabəyli kəndindən olan Heydərov Qadir Nadir oğlunun koronavirusdan öldüyünü təsdiq edib. Səhifəmizə daxil olan məlumata görə, mərhum 1972-ci ildən Bakı şəhərinə köçərək orada yaşayıb.
Q.Heydərovun cənazəsi polisin nəzarəti altında dəfn üçün doğulduğu Musabəyli kəndinə gətirilib. Polis virus təhlükəsi səbəbi ilə mərhumun qohumlarının meyitə yaxın durmasına icazə vermir".
Qeyd edək ki, rəsmi mənbələr bu haqda heç bir açıqlama verməyib.