​Ağsu rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanıldı

Baxış sayı:
2749

Muxalifet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ağsu rayon Polis Şöbəsinə edilən şikayətlər nəticəsində araşdırma aparılıb. Məlum olub ki, Vurğun Hidayətov, Mehdi Umudov və Ramazan Kərimov “Fakt Araşdırıcı N” MMC adlı şirkət yaradaraq sahibkarlıq obyektlərində qanunsuz yoxlama aparıblar. Onlar Ağsu şəhərində fəaliyyət göstərən sahibkar Cəlal Şahbazova məxsus ət dükanı və Əlvan Həmidova məxsus ərzaq mağazalarına daxil olub orada işçilərin müqavilələrinin olmaması, vaxtı keçmiş məhsulların satılmasını bəhanə edərək həmin obyektlərin sahiblərindən hər ay 25 manat pul köçürmələrini, əks təqdirdə bununla bağlı dövlət orqanlarına məlumat verəcəklərini deyərək hədə-qorxu gəliblər. Bundan sonra sahibkarlar Ağsu rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.