​Ağsu İcra Hakimiyyətində ANALOQSUZ ÖZBAŞINALIQ - Noyabrda işdən çıxarılan müavin dekabrda RİH adından məktub imzalayıb

Baxış sayı:
1288

Ağsu RİH -dəki köhnə yönətim özbaşınalığına  təzə başçı da son qoya bilmir,  ya da son qoymaq istəyində görünmür. 
Bir müddət öncə yeni başçının adından özünün xəbəri olmadan Prezident Administrasiyasına məktub ünvanlanması gündəmi zəbt etmişdi. Bico kənd sakinlərinin bildirdiyinə görə ,  başçı yerində otura-otura, “başçılıq” edən hüquq şöbəsinin müdiri Tofiq Kərimov imiş.  Tofiq Kərimov sözügedən gülünc olaydan nəinki ibrət dərsi götürdü  ,  əksinə , ümumi istifadədə olan torpaq sahəsinin icarəyə verilə bilməzliyini rayonun baş hüquqşünası kimi torpaq qanunvericiliyinin tələblərinə uyğun olduğu “prinsipi”ni irəli sürdü  . Halbuki “Torpaq islahatı haqqında” , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda , Azərbaycan Respublikasının Torpaq Məcəlləsində  ümumi istifadədə olan sahələrin qısa müddətə icarəyə verilməsi təsbit olunub  . Konkret qanun maddələri ilə rayonun baş hüquqşünasının qanunvericilikdən soraqsız olmasını diqqətə çatdırdıq və  bir daha izah edirik ki  ,  gözümüzün qabağında ümumi istifadədə olan parklarda  ,  idman meydançalarında,  yollarda nəinki qısamüddətli, hətta çox uzunmüddətli şadlıq evləri  ,  köşklər və  digər obyektlər neçə illərdir fəaliyyət göstərir. Gözləmək olardı ki,  köhnə “çekist”, yeni icra başçısı, ən azı, tabeçiliyindəki məmurlara təpinər, “İcra hakimiyyətləri haqqında” Prezidentin imzaladığı əsasnaməni oxumağı məsləhət görər . Amma  sən saydığını say  , gör Ağsu RİH başçısı nə sayaq işləyir  .
Bir neçə gün öncə  Ağsu rayonu,  Pirhəsənli kənd sakinin ünvanına  Ağsu RİH -in ay yarım əvvəl  -  noyabrda işdən çıxarılan birinci müavini Rasim Novruzovun  dekabrda imzaladığı 11.12.2019 tarixli məktubu daxil olub.  Elə bir neçə gündür ki,  bu analoqsuz özbaşınalıqdan baş açmaq olmur  . Bəyəm Ağsu RİH başçısı məktub imzalamaqdan belə çəkinir ki  ,  işdən çıxardığı müavinin imzası ilə vətəndaşlara cavab verir?  Ya şablon cavabları əvvəlcədən imzaladıb əlinin altında hazır saxlayır?
Nə sirrdisə, hələ də açmaq olmur...

Məğrur BƏDƏLSOY

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.