​AĞSTAFADA YANĞIN: Xəsarət alan var

Baxış sayı:
2830

Ağstafa rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Muxalifet.az-a daxil olan məlumata görə, rayonun Qırılı kəndində ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.