AĞSTAFADA TAXIL SAHƏSİ YANIR

Baxış sayı:
4717

Ağstafa rayonunda taxıl sahəsi yanmağa başlayıb.

Yanğın rayonun "Şəkərli" stansiyasının yaxınlığında yerləşən taxıl sahəsində başlayıb.

İlkin məlumatlara görə, yanğına ərazidən keçən teplavozdan yaranmış qığılcım səbəb olub.

Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və təxminən 15 hektar ərazisi olan taxıl sahəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır./report/