Ağstafada ŞOK OLAY: Gəncə sakinini öldürüb, MAŞININI YANDIRDILAR

Baxış sayı:
1337

Ağstafada dəhşətli qətl törədilib.
Muxalifət.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.
S.Əliyevin qətlə yetirildiyi məlum olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.