Ağstafada “Mersedes” “Priora” ilə toqquşub: ana və 2 qızı xəsarət alıblar

Baxış sayı: 91

Ağstafa rayonunda yol qəzası baş verib.
 
Hadisə Bakı-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun Ağstafa rayonu ərazisində qeydə alınıb. 
Gürcüstandan Bakıya doğru hərəkətdə olan "Mercedes" markalı avtomobil "Priora" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes"də olan ana - 43 yaşlı Şərqiyyə Bəşirova, onun qızı, 19 yaşlı Rəfiqə və 16 yaşlı Gülnar Bəşirovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Şərqiyyə Bəşirovanın vəziyyəti ağır olaraq qiymətləndirilir. Avtomobilin sürücüsü isə yüngül xəsarət alıb.
Faktla bağla araşdırma aparılır.