Ağstafada itkin düşən ana və qızı tapıldı - YENİLƏNİB / FOTO

Baxış sayı:
3541

İtkin düşən Ağstafa rayon sakinləri tapılıb.
“Report”un məlumatına görə, Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və onun qızı 4 yaşlı Nuray Gəncə şəhərində tapılıb.
Qeyd edək ki, onlar aprelin 25-də evdən Tovuza getmək adı ilə çıxıb və geri qayıtmayıblar.
 
***
İtkin düşən Ağstafa rayon sakinləri axtarılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedib və bir daha geri qayıtmayıb:
"Aişə Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var.
Evdən çıxan zaman onun əyinində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub.
Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".