Ağstafada bazarda güllələnən şəxslərin FOTOLARI yayıldı

Baxış sayı:
6106

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların fotoları yayılıb. Sonxeber.az xəbər verir ki, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar. Bundan başqa, Şərqiyyə Musayeva və övladları - Şəmiddin Musayev və Novruz Musayev, eləcə də satıcı Zeynəb Cəlilova hadisə yerində ölən şəxslərdir. Qətli törədən şəxs isə 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur.