Ağrı dağının Ermənistana baxan tərəfi tezliklə belə olacaq - BƏLƏDİYYƏ BAŞQANI AÇIQLADI / FOTO

Baxış sayı:
2354

Türkiyənin Ağrı vilayətinin hakim Ədalət və İnkişaf Partiyasından olan bələdiyyə başqanı Savcı Sayan bu gün özünün Twitter səhifəsindən Ermənistanı “cin atına mindirəcək” foto paylaşıb. Virtualaz.org xəbər verir ki, fotoya əsasən Ağrı dağının (Ermənistanda onu Ararat adlandırırlar) Ermənistana baxan tərəfi Türkiyə və Azərbaycan bayraqlarının rənginə bürünüb.

“Ağrı bələdiyyəsi olaraq sürətli bir çalışma aparırıq...Yaxınlarda Ağrı dağının Ermənistana baxan tərəfində bu görüntünü görəcəksiniz...Ümid edirəm cəbhədə Ermənistanı ruhlandıracaq”,-bələdiyyə başqanı istehza ilə qeyd edib.

Belə görünür ki, bələdiyyə başqanı xüsusi lazer işıqlandırma sistemi ilə Ağrı dağının Ermənistan tərəfini Azərbaycan və Türkiyə bayraqlarının rəngində işıqlandırılacağını nəzərdə tutur. Bu aksiyanın ermənilərdə hansı reaksiyaya səbəb olacağını təxmin etmək çətin deyil...