“...Ağır idarəçiliklə üzləşəcəyik” – Natiq Cəfərli

Baxış sayı:
5344

“Milləti, toplumu, xalqı, siyasi sistem formalaşdırır. İllərdir ki, bu formulu dilə gətiririk, amma hələ də xalqı qınayan insanlara tez-tez rast gəlirik”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, çinlilər aylardır yerli seçkilərin yenilənməsi və Hong-Kongda yaşayan aktivistlərin Pekinə təhvil verilməsini nəzərdə tutan qanun layihəsinə etiraz edirlər: “Amma Çində belə bir etirazları görmək mümkün deyil. Hong-Kong 100 il Britaniyaya məxsus olub, 1999-cu ildə bölgədə muxtariyyət saxlanılması şərti ilə Çinə qaytarılıb. Keçən 100 ildə etnik olaraq çınli olsalar da, Hong- Kongda başqa keyfiyyətli toplum formalaşıb. 

Çin isə 1990-cı ilə qədər axmaq, sonra isə maraqlı, amma siyasi azadlıqları olmayan iqtisadi eksperimentlərə səhnə olub. Toplumlar fərqli siyasi sistemdə formaşdığından etnik kimlikləri eyni olsa da, fərqli davranırlar. Tayvanda da çinlilər yaşayır, amma seçkili, demokratik sistem qurublar, fərqli davranış qaydaları var. İki fərqli Koreya isə bu nəzəriyyənin ən böyük təsdiqidir”. 

Ekspert hesab edir ki, Azərbaycan toplumu hazırki durumdan çıxa bilər: “Əminliklə deyə bilərəm ki, xalqımız fərqli sistemdə tam fərqli davranacaq, öz əsl potensialını açacaq. Bu sistemdən ağılla, doğru seçimlə qurtulsaq, toplum xaluqələr yaradacaq, yox, əgər yenə populistlərin, son zamanlar yenidən aktivləşən avantüristlərin dalınca düşsək, bundan daha ağır idarəçiliklə üzləşəcəyik”.