​Ağıq qəzaya düşən Hacı Mazanın səhhəti ilə bağlı SON DURUM - HƏKİMİ DANIŞDI

Baxış sayı:
13147

Hacı Mazan (Ramazan Əliyev) xəstəxanadan evə buraxılacaq.
Bu barədə Lent.az -a onun həkimi Cəfər Nəsirli məlumat verib. O bildirib ki, Hacı Mazanın hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında müalicəsi davam edir:
“Vəziyyəti yaxşıdır. Yəgin ki, sabah yox birisi gün Ramazan Əliyev xəstəxanadan evə buraxılacaq”.
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”ində qəzaya uğrayıb. Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.