Ağdaşda polislə əhali arasında qarşıdurma - VİDEO

Baxış sayı:
3724

Ağdaş rayon Ləki kəndinin sakinləri avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Muxalifet.az bizimyol-a istinadən xəbər verir ki, hadisə nəticəsində polislə əhali arasında qarşıdurma baş verib.

Kənd sakinlərinin yolu niyə bağladıqlarını və qarşıdurmanın səbəbini öyrənmək üçün Orta Ləki kəndinin polis sahə rəisi İsmayıl Məmmədovla əlaqə saxlanılıb. O, hadisə ilə bağlı açıqlama verməkdən imtina edib: "Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayın”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məzuniyyətdə olduğunu bildirib. Xidmətin rəis müavi Orxan Mansurzadə isə telefon zənglərinə cavab verməyib.